Rusiyadan Qərbin Ukraynaya hərbçi göndərmək planına reaksiya
Facebook
Вконтакте
Одноклассники
Google+

Qərb ölkələrinin Ukraynaya hərbi qüvvə göndərmək planları qəbuledilməzdir.
Telexeber.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, Rusiya bu bölmələri qanuni hərbi hədəflər hesab edəcək. Zaxarovanın sözlərinə görə, Qərb qoşunlarının Ukraynaya göndərilməsi Rusiyanın təhlükəsizliyinə təhdiddir.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte "Könüllülər Koalisiyası"nın Ukraynaya qoşun göndərmək planları ilə bağlı açıqlamalar vermişdi. Bəzi Qərb ölkələrinin Ukraynaya ordu göndərmək istədiyi barədə xəbərlər dərc edilmişdi.