Qonşu ölkədə böyük sərvət tapıldı

Rusiyanın "Qazpro Neft" şirkəti son 30 ilin ən böyük neft ehtiyatının kəşf edildiyini açıqlayıb.

Telexeber.az xəbər verir ki, neft yatağı Yamalo-Nenets Muxtar Vilayətinin Arktika hissəsində kəşf edilib. Şirkətin açıqlamasına görə, Yujno-Novoportovskoye və Saletinskoye yataqlarının sərhədləri daxilində aparılan qazma əməliyyatları nəticəsində 55 milyon ton neft ehtiyatı olan nəhəng yataq aşkar edilib. Kəşfin Rusiyanın 2050-ci il enerji strategiyası məqsədlərinə uyğun olaraq çox vacib olduğu bildirilib.
Şirkət əldə edilən məlumatlara əsasən, regionda əlavə kəşfiyyat işlərinin davam etdiriləcəyini və yeni ehtiyatların işlənməsi üçün hərtərəfli istehsal proqramının hazırlanacağını açıqlayıb.
Популярный ролик