ABŞ-da virusa yoluxma sürətlə artır
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-da koronavirus infeksiyasına yoluxanların və pandemiya qurbanlarının sayı yenidən artıb.
Telexeber.az xəbər verir ki, Birləşmiş Ştatlarda 10 min 472 yeni yoluxma halı qeydə alınıb, 713 nəfər vəfat edib.
ABŞ-da COVİD-19 infeksiyasına ümumi yoluxma sayı 1 milyon 560 min 766 nəfərdir. Pandemiya qurbanlarının sayı isə artaraq 92 min 694-ə çatıb.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.