Tramp İrana zərbələri məhsuldar adlandırıb
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana hücumunun “çox yaxşı getdiyini” bildiri.
Telexeber.az xəbər verir ki, o, ABC News-a açıqlamasında zərbələrin ciddi dağıntılara səbəb olduğunu deyib.
Zərbələrin nə qədər davam edə biləcəyi ilə bağlı suala cavab verən Tramp bildirib:
“Əslində istədiyimiz qədər davam edə bilər”, əlavə edib ki, İran “faktiki olaraq iflic vəziyyətindədir”.
İran liderlərinin öldürülüb-öldürülmədiyi ilə bağlı suala isə Tramp belə cavab verib:
“Bunun böyük hissəsi elədir, bəli... Bu, çox güclü zərbə idi”. O, həmçinin ABŞ-ın növbəti rəhbərliyin kim olacağı barədə “çox yaxşı təsəvvürə” malik olduğunu əlavə edib.