İran xəbərdarlıq etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

İran limanlarına kiçik bir təhlükə olarsa Fars körfəzindəki heç bir liman təhlükəsiz olmayacaq.
Telexeber.az xəbər verir ki, İran Baş Qərargahının sözçüsü briqada generalı Əbülfəzl Şikarci belə açıqlama verib. O, İrandakı mülki liman işçilərini və heyəti hərbi fəaliyyətlərin aparıldığı obyektlərdən uzaq durmağa çağırıb. İnqilab Keşikçiləri Korpusunun əraziyə nəzarət etdiyini ifadə edən Şikarci, İranın Fars körfəzinə də nəzarət etdiyini irəli sürüb. Şikarci həmçinin region ölkələrini ərazilərinin ABŞ hücumları üçün istifadəsinə icazə verməməyə çağırıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı mülki şəxsləri Hörmüz boğazı boyunca İranın istifadə etdiyi limanlardan uzaq durmağa çağırmışdı.