1 milyondan çox döyüşçü səfərbər oldu

ABŞ-nin quru əməliyyatı keçirəcəyi təqdirdə, cavab tədbirləri üçün bir milyondan çox İran döyüşçüsü səfərbər edilib.

Telexeber.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, İran gəncləri tərəfindən də ABŞ və İsrailə qarşı cavab hərbi əməliyyatlarında iştirak etməyə kütləvi maraq müşahidə olunur.

Qeyd edək ki, ABŞ-nin İran ərazisində quru əməliyyatları keçirə biləcəyi barədə iddialar dərc edilib. İddialara görə, məqsəd Xarq adasını və digər əraziləri nəzarətə almaqdır.
Популярный ролик