"Koronavirusdan betər olacaq" - Putin
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya prezidenti Vladimir Putin ABŞ-İsrail-İran müharibəsindən danışıb. Dövlət başçısı dünyanın "böyük fəlakətin bir addımlığında" olduğunu deyib.
Telexeber.az xəbər verir ki, Rusiya lideri böyük dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara xəbərdarlıq edib: "Necə fəlakətlə üz-üzə qaldığımızın fərqində deyilik. Dünya iqtisadiyyatını dəhşətli çöküş gözləyir. Növbəti mərhələ daha pis olacaq. Bu mərhələdə istehsal dayanacaq. ABŞ-İsrail-İran müharibəsinin nəticəsi koronavirusdan betər olacaq".
Vladimir Putin Rusiya cəmiyyətinə səslənib. Prezident belə həssas dönəmdə birlik və həmrəylik mesajı verib: "Bu çətin sınaqdan üzüağ çıxmaq üçün bir olmalıyıq, həmrəy olmalıyıq. İndi güclü olmaq zamanıdır. Sağ qalmaq, yaşamaq üçün çəkici eyni zindana vurmalıyıq".