Çox sayda ABŞ hərbçisi yaralandı
Facebook
Вконтакте
Одноклассники
Google+

İranın Səudiyyə Ərəbistanı ərazisində yerləşən “Prins Sultan” aviabazasına hücumu nəticəsində ABŞ hərbçiləri yaralıb.
Telexeber.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 10 ABŞ hərbçisi xəsarət alıb. Zərbələrin ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi, bazadakı bəzi yanacaq təchizatçı təyyarələrin zədələndiyi qeyd olunur.
ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi bildirib ki, əməliyyatların əvvəlindən bəri ümumilikdə 303 ABŞ hərbçisi yaralanıb, onların əksəriyyəti xidmətə qayıdıb.
Pentaqonun məlumatına görə isə İranla bağlı əməliyyatlarda indiyədək 13 ABŞ hərbçisi həlak olub.