Hollandiyalı turistlər bu ölkəyə axın edir
Facebook
Вконтакте
Одноклассники
Google+

Yay tətilini Türkiyədə keçirmək istəyən avropalıların sayında yenidən artım müşahidə edilir. Hollandlar bu sırada birinci yerdə qərarlaşıb.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, mart ayı olmasına baxmayaraq, on minlərlə Hollandiya vətəndaşı Türkiyənin istirahət mərkəzlərində, dəniz kənarında yetləşən otellərdə yer rezervasiya ediblər. Turistlərin böyük əksəriyyətini 4 nəfərdən ibarət olan ailələr təşkil edir. Onlar əsasən İstanbul, Antalya, Alanya, Bodrum, Çeşmə və Kuşadasındakı prestijli otelləri seçiblər.
Hollandiyalı turistlərin Türkiyəyə axın etməsi iki əsas səbəblə əlaqələndirilir: təhlükəsizlik və ucuzluq. Türkiyənin İtaliya və Fransa ilə müqayisədə xeyli ucuz olması bu ölkəyə turist axınını gücləndirib.