İran atəşkəs üçün əsas şərtini açıqladı
Facebook
Вконтакте
Одноклассники
Google+

“İran sıradan bir atəşkəslə kifayətlənmir, biz bütün Yaxın Şərqdə müharibəyə son qoymağa çalışırıq”.
Telexeber.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera”ya müsahibəsində deyib.
Nazir qeyd edib ki, İran yalnız ölkə daxilində deyil, bütün regionda münaqişənin tam dayandırılmasını istəyir.
Onun sözlərinə görə, Tehran atəşkəs üçün təkrar hücumlara qarşı zəmanət və dəymiş ziyanın kompensasiyası kimi şərtlər irəli sürür.