Dənizin 2 min metr dərinliyində tarixi kəşf
Facebook
Вконтакте
Одноклассники
Google+

Qara Dənizdə 2200 metrdən çox dərinlikdə 2400 illik Yunan ticarət gəmisi aşkar edilib.
Telexeber.az xəbər verir ki, gəminin taxta konstruksiyası tamamilə sağlam qalıb. Qəzanın 2 kilometrdən çox dərinlikdə tapılması onun bu günə qədər qorunmasında ən vacib amil hesab olunur.
Qara dənizin bu dərinliklərində suda oksigenin olmaması ağac kimi üzvi maddələrin parçalanmasının qarşısını alaraq gəminin bütün komponentlərinin, o cümlədən dirəklərin, sükanların və oturacaq sıralarının toxunulmaz qalmasını təmin edib.