İran açıqladı, Hörmüz bu şərtlə açıla bilər
Facebook
Вконтакте
Одноклассники
Google+

İran hökuməti Hörmuz boğazını yalnız müharibədən yaranmış ziyanın kompensasiyası ödənildikdən sonra açacağını açıqlayıb.
Telexeber.az CNN-ə istinadən xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın ultimatumuna cavab olaraq verilmiş rəsmi açıqlamadır.
İran Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisi Mehdi Tabatabai bildirib ki, boğaz yalnız yeni hüquqi rejim çərçivəsində başlanan müharibədən yaranmış zərər tamamilə ödənildikdən sonra istifadəyə veriləcək. Ödəniş tranzit gəlirlərinin müəyyən hissəsi hesabına həyata keçiriləcək.