Ərdoğanla Pezeşkian müzakirə apardı
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefonda danışıb.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Aparatından məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı atəşkəs və bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə müvafiq ölkələrlə birlikdə atəşkəsə aparan prosesdə intensiv səylər göstərib. Ərdoğan başlayacaq danışıqlardan davamlı sülh və sabitlik üçün maksimum dərəcədə istifadə edilməli olduğunu, prosesi pozmaq istəyənlərə fürsət verilməməsinin vacibliyini qeyd edib.
O, Türkiyənin prosesə dost ölkələrlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu vurğulayıb.