Ərdoğan Avstriya Kansleri ilə Ukraynanı müzakirə etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avstriya Kansleri Karl Nehammer arasında telefon danışığı olub.
Telexeber.az xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilir ki, Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlər, həmçinin, Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.
Prezident Ərdoğan sözügedən müharibədə insan fəlakətini sona çatdırmaq və atəşkəsə nail olmaq üçün hər fürsətin dəyərləndirilməsinin, sülh danışıqlarında irəliləmək üçün İstanbul prosesinin dəstəklənməsinin vacibliyini ifadə edib.
Sülhə nail olmaq üçün cəhdlərini davam etdirəcəklərini bildirən Rəcəb Tayyib Ərdoğan müharibəni dərhal bitirmək məqsədilə Türkiyənin oynadığı rolda ehtiramla verdiyi dəyərə və İstanbul prosesini dəstəklədiyinə görə Avstriya Kanslerinə təşəkkür edib.