Səudiyyə İran barədə ABŞ-yə təzyiq edir

Səudiyyə Ərəbistanı Vaşinqtona İran limanlarına qarşı blokadanı ləğv etməsi üçün təzyiq göstərir.

Telexeber.az xəbər verir ki, “The Wall Street Journal” qəzeti belə məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanı İranın digər ticarət yollarını hədəf alacağından qorxur. Bildirilir ki, Səudiyyə rəsmiləri ABŞ-dən İranla danışıqlar masasına qayıtmasını tələb edir. Rəsmilər iddia ediblər ki, Səudiyyə Ərəbistanı ABŞ-nin İran limanlarına qarşı blokadasından sonra Tehranın Bab əl-Məndəb boğazı kimi digər beynəlxalq ticarət yollarını hədəf alacağından narahatdır.
Səudiyyə Ərəbistanı rəsmiləri hesab edir ki, Yəməndəki İran tərəfindən dəstəklənən husi üsyançıları Tehranın təsiri ilə Bab əl-Məndəb boğazından keçən gəmilərə hücum eedə bilər.
Популярный ролик