Səudiyyə Ərəbistanına PUA-larla hücum edildi - Yaralılar var
Facebook
Вконтакте
Одноклассники
Google+

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanının Abha hava limanını PUA-larla hədəfə alıb.
Telexeber.az xəbər verir ki, bu barədə koalisiya qüvvələri məlumat yayıb. Məlumata görə, hadisə zamanı 4 nəfər yaralanıb. Hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib. Husi üsyançıları hücum barədə açıqlama verməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Husi üsyançıları PUA-larla Birləşmiş Ərəb Əmirliklərinə hücum etmiş bir neçə nəfər yaralanmışdı.