İranla əlaqəli tankerlər dəniz blokadasını yarıb - İddia
Facebook
Вконтакте
Одноклассники
Google+

İranla əlaqəli çoxsaylı tankerin ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadasını yararaq hərəkət etdiyi iddia olunur.
Telexeber.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzeti yük izləmə şirkəti “Vortexa”nın məlumatlarına istinadən belə yazıb. Bildirilir ki, blokada başlayandan bəri İranla əlaqəli azı 34 tanker Körfəzə daxil olmağa və ya oradan çıxmağa nail olub. Məlumata görə, bu tankerlərdən 19-u Körfəzdən çıxıb, 15-i isə Oman dənizi vasitəsilə İrana doğru hərəkət edib.
Həmçinin qeyd olunur ki, Körfəzdən çıxan tankerlərdən azı 6-sı İran nefti daşıyıb və ümumilikdə təxminən 10,7 milyon barel neft daşınıb.