İranı limanlarını blokadaya alan ABŞ 27 gəmini geri qaytardı

İran limanlarını blokadaya alan ABŞ ordusu 27 gəmini geri qaytarıb.

Telexeber.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı belə açıqlama yayıb. Məlumata görə, İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan gəmilərin blokadaya alınmasının başlamasından bəri ABŞ qüvvələri 27 gəmini geri qaytarıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında blokada tətbiq etdiyini elan edib . Bildirilir ki, məqsəd İran limanlarına daxil olan və ya oradan çıxarn gəmilərə mane olmaqdır. Blokada digər bölgə ölkələrinə aid deyil.
Популярный ролик