Tramp İranla atəşkəsə münasibət bildirdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Donald Trump İranla bağlı növbəti açıqlaması ilə diqqət çəkib.
Telexeber.az xəbər verir ki, ABŞ prezidenti Ağ Evdə jurnalistlərə danışarkən Vaşinqton və Tehran arasında əldə olunan atəşkəsin ciddi risk altında olduğunu bildirib.
Tramp İranın təqdim etdiyi son cavabın vəziyyəti daha da gərginləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər arasında əldə olunan razılaşma hazırda çox kövrək vəziyyətdədir.
“Hazırda atəşkəs ən zəif dövrünü yaşayır. Oxuduqlarım vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Məncə, bu razılaşma artıq süni nəfəs aparatına bağlıdır”, - deyə Tramp qeyd edib.