İran hərbi cəhətdən tamamilə məğlub olub - Tramp
Facebook
Вконтакте
Одноклассники
Google+

İran hərbi cəhətdən tamamilə məğlub olub.
Telexeber.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump belə açıqlama verib.
O bildirib ki, İran nüvə silahına sahib ola bilməz. Trampın sözlərinə görə, İran nüvə silahı əldə etsəydi, bu, region üçün böyük fəlakətə səbəb olardı.
ABŞ lideri, “Yaxın Şərq məhv olardı, İsrail məhv olardı və yəqin ki, növbəti hədəf Avropa olardı. Biz dünyaya xidmət edirik və bu, 47 ildir davam edir. Gücü olan digər prezidentlər və digər ölkələrin liderləri bunu etməli idilər, amma etmədilər. Amma bu, çox sadə məsələdir. İran nüvə silahına sahib ola bilməz və olmayacaq da”, - deyə bildirib.