Ərdoğan ad çəkmədən Kılıçdaroğlunu tənqid etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan müxalifət düşərgəsini, xüsusilə də ad çəkmədən Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Kemal Kılıçdaroğlunu hədəf alıb.
Telexeber.az xəbər verir ki, dövlət başçısı ölkənin səhiyyə sisteminin keçmişindən bəhs edərək, Sosial Sığorta Qurumunun (SSQ) 1990-cı illərdəki acınacaqlı vəziyyətinə diqqət çəkib. O, 1992-1996-cı illərdə bu quruma rəhbərlik edən şəxsin yürütdüyü uğursuz siyasət nəticəsində SSQ-nı tamamilə "batırdığını", idarəçilik qabiliyyətsizliyi ucbatından xəstəxanaların növbələrlə və keyfiyyətsiz xidmətlə yadda qaldığını vurğulayıb.
Prezident öz hakimiyyəti dövründə səhiyyə sahəsində inqilabi islahatlar aparıldığını, müasir şəhər xəstəxanalarının tikildiyini xatırladaraq, keçmişin uğursuz idarəçiliyi ilə indiki inkişaf səviyyəsini müqayisə edib.
Ərdoğanın çıxışı maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.