Avropa ölkəsində istilər tələfata səbəb oldu

İspaniyada may ayında erkən başlayan isti hava dalğası 101 nəfərin ölümünə səbəb olub.

Telexeber.az xəbər verir ki, İspaniyanın səhiyyə naziri Monika Qarsiya bu il həddindən artıq istiliyin sağlamlığa təsirlərinə qarşı profilaktik tədbirləri müəyyən edən milli planın təqdimatında çıxış edib.
Qarsiya may ayında temperaturun orta səviyyədən 10–15 dərəcə yüksək olduğunu bildirib. O qeyd edib: “Problem təkcə indi daha isti olmasında deyil, həm də isti havanın hər il daha tez gəlməsində və bədənimizin uyğunlaşa bilməməsindədir. Fizioloji uyğunlaşma ilə bağlı risklər barədə məlumatlılığın olmamasıdır”.

Səhiyyə və İqlim Dəyişikliyi direktoru Hektor Tejero qeyd edib ki, İspaniyada həddindən artıq istidən ölənlərin əksəriyyəti Bask ölkəsi, Asturiya və Qalisiyada yaşayan yaşlı qadınlar arasında baş verib. Çünki bu şəxslər istiyə uyğunlaşmaqda daha çox çətinlik çəkirlər.
Популярный ролик