İranda son sutka ərzində 184 nəfər koronavirusdan öldü
Facebook
Вконтакте
Одноклассники
Google+

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 184 nəfər vəfat edib.
Telexeber.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 min 800 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 345 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 331 189 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 288 620 nəfər sağalıb.
Mənbə: İRNA