Rusiya bu yanacaq növünə qadağa qoydu
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya hökuməti dizel yanacağının ixracına qadağa qoyub.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimir Putinin daxili yanacaq bazarında vəziyyətlə bağlı keçirdiyi müşavirədə bildirib.
Baş nazirin müavininin sözlərinə görə, daxili yanacaq bazarında vəziyyət çətin olaraq qalır. Hökumət mövcud neft emalı zavodlarının istehsal gücünü maksimuma çatdırıb, obyektlərin təmir müddətini azaldıb və dizel yanacağının ixracına qadağa qoyub.