Tramp koronavirus peyvəndi üçün 1,5 milyardlıq müqavilə imzaladı

Tramp koronavirus peyvəndi üçün 1,5 milyardlıq müqavilə imzaladıABŞ lideri Donald Tramp "Ağ Ev"də koronavirusla bağlı mətbuat konfransı keçirib.

Telexeber.az xəbər verir ki, Tramp koronavirus peyvəndinə dair ABŞ biotexnologiya firması "Moderna" ilə müqavilə imzaladıqlarını və bu müqavilənin dəyərinin 1,5 milyard dollar olduğunu deyib:
"Moderna ilə 100 milyon dozalıq koronavirus peyvəndinin istehsalı və təslimi üçün müqavilə imzaladığımızı açıqlamaqdan məmnunluq duyuram".

Tramp ABŞ-ın koronavirus peyvəndinin istehsalı üçün dərman firmaları ilə daha əvvəl də bağladığı müqavilələri xatirladaraq 3 potensial peyvəndin 3-cü mərhələ klinik test müddətində olduqlarını qeyd edib.

Mənbə: bbc.com
Популярный ролик