Kanadada dəhşətli meşə yanğınları - Nyu-Yorka qədər yayıldı

Kanadada davam edən genişmiqyaslı meşə yanğınlarından qalxan tüstü ABŞ-nin Nyu-York şəhərinə qədər yayılıb.

Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, şəhər üzərində sıx tüstü qatının yaranması nəticəsində görünmə məsafəsi əhəmiyyətli dərəcədə azalıb. Tüstü səmanı narıncı rəngə bürüyərək şəhərdə qeyri-adi mənzərə yaradıb.

Mütəxəssislər havanın keyfiyyətinin pisləşdiyini bildirir və sakinlərə zərurət olmadıqca açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.
Популярный ролик