Fransada güclü fırtına - Həlak olanlar var
Facebook
Вконтакте
Одноклассники
Google+

Fransada ötən gecə müşahidə olunan güclü fırtına nəticəsində 2 nəfər həyatını itirib, yaşayış evlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ölkə üzrə 53 min ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Məlumata görə, ən çox zərər Auvergne-Rhone-Alpes və Nouvelle-Aquitaine bölgələrində qeydə alınıb. Aubenas şəhərində yüzlərlə avtomobilə, evlərin dam və pəncərələrinə ziyan dəyib, təxminən 100 nəfər təxliyə olunaraq müvəqqəti sığınacaqlara yerləşdirilib. Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.
Loire departamentinin Sent-Etyen şəhərində baş verən tornado iki yük avtomobilini A72 magistral yoluna aşırıb və nəqliyyatın hərəkətini iflic edib. İzer departamentinin Sen-Kanten-Fallavye qəsəbəsində isə ağaclar kökündən qopub, elektrik dirəkləri aşıb, bir sıra evlərin damları uçub. Yanğınsöndürmə xidmətləri əlverişsiz hava şəraiti ilə bağlı 600-dən çox müraciətə müdaxilə edib.