Türkiyədə son sutkada koronavirusdan 53 nəfər öldü
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə son sutka ərzində koronavirusdan 53 nəfər ölüb.
Telexeber.az bildirir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 200 laboratorıyada 117 113 şübhəli koronavirus testindən keçib, onlardan 1612-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1041 nəfər olub, 1021 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 276 555 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 249 108 nəfər sağalıb, 6564 nəfər ölüb.