Masaj salonuna dəhşətli hücum: 8 qadın öldürüldü - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-ın Corciya əyalətində yerləşən 3 masaj salonuna silahlı hücum edilib.
Telexeber.az xəbər verir ki, hücumlar nəticəsində azı 8 qadın həlak olub. Onlardan 7-si asiyalıdır. Məlumata görə, masaj salonları bir-birilərinə 30 kilometr məsafədə yerləşir. Hücumu təşkil edən 21 yaşlı şübhəli saxlanılıb. Polis hadisənin terror hücumu olmadığını, “nifrət” cinayəti olduğunu açıqlayıb.