İndoneziyanın İndramayu bölgəsindəki neft zavodunda şiddətli partlayış baş verib.
Telexeber.az xəbər verir ki, partlayışdan sonra ərazidə başlayan irimiqyaslı yanğın davam edir. Tələfat barədə məlumat yoxdur. Təhlükə ilə bağlı yaxınlıqdakı sakinlər təxliyə edilib. Gündəlik 125 min barel neft emal edən ölkənin ən böyük zavodundakı partlayışın terror hücumu ilə əlaqəsinin olub-olmadığı araşdırılır. İlkin ehtimallar hadisənin terror hücumu olduğuna işarə edir. Qeyd edək ki, bu hadisədən bir neçə saat əvvəl Sulavesi əyalətində dini ayin zamanı katolik kilsəsinə təşkil edilən hücum zamanı 10-a qədər insan yaralanıb.