Karantin qaydalarını pozanlar güllələnir - Sakinlər dəhşət içində
Facebook
Вконтакте
Одноклассники
Google+

Meksika və Kolumbiyanın bəzi bölgələrində cinayətkar dəstələr koronavirus qaydalarına əməl etməyən sakinləri güllələyir.
Telexeber.az xəbər verir ki, belə hadisələr əsasən gecə saatlarından baş verir. Polislər gecə saatlarında asayişi lazımi səviyyədə təmin edə bilmədiyindən silahlılar sərbəst hərəkət edə bilir. Məlumata görə, oxşar cinayətlər əsasən narkobaron Pablo Eskobarın şəhəri adlandırılan Medellində baş verir.
Kolumbiyada isə azı 9 nəfərin karantin qaydalarını pozduğuna görə öldürüldüyü bildirilir.