Vazgen Manukyan seçkilərdə iştirak etməyəcəyini təsdiqlədi
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan müxalifətinin “Vətənin qurtuluşu hərəkatı”ndan baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan erkən parlament seçkilərində iştirak etməyəcəyini yenidən təsdiqləyib.
Telexeber.az xəbər verir ki, bu barədə Manukyan İrəvandakı mitinqdə deyib.
“Hədəf eyni qalır - insanları baxışlarımızla tanış etmək. Qarşıda regional görüşlər var. Daha əvvəl məqsədimizə çatmağın mümkün olmadığından narazıyam, amma göründüyü kimi bu proses uzun müddət davam edəcək”, - Manukyan əlavə edib.
O, hərəkatın formatında dəyişiklik olacağını istisna etməyib: “Bəlkə bir yerə toplanacağıq, danışıqlar aparacağıq. Seçkilərdə iştiraka gəlincə, heç bir formatda iştirak etməyəcəyimi söylədim, ancaq iclaslara gedə, çıxışlar edə bilərəm. Bu, hansısa namizədin və ya partiyanın müdafiəsi üçün deyil, Nikola qarşı olacaq".
Qeyd edək ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.