Lavrov: Rusiya toqquşmalara müdaxilə etməyəcək
Facebook
Вконтакте
Одноклассники
Google+

“Rusiya Əfqanıstandakı toqquşmalara müdaxilə etməyəcək”.
Telexeber.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, toqquşmalar sadəcə Əfqanıstan torpaqlarını əhatə edərsə Rusiya addım atmayacaq.
”Əfqanıstandakı problemlərin müttəfiqlərimizin torpaqlarına yayılma ehtimalı bizi narahat edir. Ordakı toqquşmalar iqtisadi cəhətdən də olsa qonşu ölkələrə təsir edəcək” - deyə Lavrov bildirib.