Rusiya xəbərdarlıq etdi: Öhdəliklərimiz var - Ordu yeritməyə hazırıq
Facebook
Вконтакте
Одноклассники
Google+

“Əfqanıstan sərhədindən Tacikisana hücum olarsa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təcili hərəkətə keçəcək”.
Telexeber.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Tacikistan KTMT-ya görə müttəfiq ölkədir. “Tacikistandan hücum olarsa məsələ təcili olaraq KTMT-da gündəmə gətiriləcək. Həmçinin Rusiyanın Tacikistanda hərbi bazası var. Təbii ki, öhdəliklərimizi yerinə yetirəcəyik” - deyə Lavrov bildirib.
Qeyd edək ki, Taliban Tacikistanla sərhəddə yerləşən rayonları ələ keçirib. Bundan sonra Düşənbə KTMT-dan kömək istəyib.