"Ağ ev" Kabildə yeni terror aktı barədə xəbərdarlıq etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Cozef Bayden administrasiyası hesab edir ki, yaxın günlərdə Əfqanıstanın paytaxtı Kabildə yeni terror aktı olacaq.
Telexeber.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ağ Ev rəhbərliyi bu səbəbdən Əfqanıstan paytaxtının hava limanının müdafiəsi üzrə maksimal tədbirlərin görülməsini zəruri hesab edir.
Qeyd edilir ki, bu barədə ABŞ-ın dövlət başçısı və vitse-prezidenti Kamala Harrisə hərbçilərin və diplomatların yer aldığı milli təhlükəsizlik komandası məlumat verib.
"(Komandanın üzvləri-red) prezidentə və vitse-prezidentə məlumat verdilər ki, böyük ehtimalla Kabildə yeni hücum təşkil ediləcək, Kabil aeroportunun müdafiəsi üçün maksimal tədbirlər görülməlidir", - Ağ Evin bəyanatında deyilir.