Qvineyada qiyamçıların lideri Prezident oldu

Qvineyada qiyamçıların lideri Prezident olduQvineyada hərbi qiyam nəticəsində hakimiyyətə gələn polkovnik Mamadi Dumbuya keçid dövrünün Prezidenti kimi and içib.

Telexeber.az xəbər verir ki, mərasim Qvineyanın paytaxtı Konakridə baş tutub.
And içmə mərasimində çıxıç edən polkovnik Mamadi Dumbuya bəyan edib ki, o, Qvineya xalqı qarşısında ölkənin suverenliyinə sadiq qalacağına və Keçid Xartiyasının müddəalarına riayət edəcəyinə zəmanət verir.

M. Dumbuya bildirib ki, özü və keçid şurasının üzvləri qarşıda keçiriləcək seçkilərə qatılmayacaqlar.

Xatırladaq ki, sentyabrın beşində Qvineyada hərbi çevriliş olub. Çevriliş nəticəsində Prezident Alfa Konde həbs edilib.

Qeyd edək ki, polkovnik Mamadi Dumbuya əvvəllər Fransanın əcnəbi legionunda xidmət edib.
Популярный ролик