Lavrov "Taliban" a çağırış etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada Əfqanıstanla bağlı keçirilən toplantıda çıxış edib.
Telexeber.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya Əfqanıstanda əhatəli hökumətin qurulmasının tərəfdarıdır. Lavrov bu barədə toplantıda iştirak edən “Taliban” nümayəndələrinə çağırış edib. Diplomatın sözlərinə görə, toplantıdan əvvəl “Taliban” nümayəndələri ilə görüşdə də bu onların diqqətinə çatdırılıb.
“Əfqanıstanda davamlı sülhün bərqərar olması üçün sadəcə etnik deyil, eyni zamanda bütün siyasi qüvvələri əhatə edən hökumət qurulmalıdır” - deyə Lavrov bildirib.