Saakaşvili təhdid etdi: Bütün həqiqəti söyləyəcəyəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Hər şey haqqında bütün həqiqəti söyləyəcəyəm".
Telexeber.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk hesabında yazıb.
Ölkə rəhbərliyini işi üzrə dinləmələr təyin etməyə çağıran Saakaşvili hakimiyyətə onu məhkəməyə verməyi məsləhət görüb:
"Mənim gülən videolarımı müxtəlif ekzotik yerlərdə yaymaqdansa, hakimiyyətə məni məhkəmələrinə vermələrini məsləhət görürəm ki, gürcü xalqı və beynəlxalq ictimaiyyət hər şey haqqında həqiqəti mənim ağzımdan eşitsin. Yoxsa ən çox həqiqətdən qorxursunuz?"
Qeyd edək ki, daha öncə “İmedi” telekanalı Saakaşvilinin şəxsi mobil telefonundan çəkilmiş videogörüntülər yayıb. Görüntülərdə eks-prezident dövlət sərhədini keçərkən süd məhsulları olan yük qoşqusunun kupesində gizlənərkən lentə alınıb. / Axar.az