Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə etmək hüququ var - KTMT
Facebook
Вконтакте
Одноклассники
Google+

“Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə etmək hüququ var”.
Telexeber.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas “RİA Novosti”yə açıqlamasında belə deyib.
O bildirib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələri silahlı dəstələrin hücumu zamanı atəş açmaq hüququna malikdir.
Eyni zamanda o qeyd edib ki, sülhməramlılar vəziyyətə uyğun olaraq, qərarlar qəbul edəcəklər.