Rəsmən açıqlandı: Sülhməramlıların Qazaxıstandakı missiyası başa çatdı
Facebook
Вконтакте
Одноклассники
Google+

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstandakı missiyası uğurla başa çatıb”.
Telexeber.az xəbər verir ki, bu barədə KTMT sülhməramlı kontingentinin komandanı general-polkovnik Andrey Serdyukov açıqlama verib. O bildirib ki, sülhməramlılar qısa müddət ərzində vətəndaşların təhlükəsizliyini təmin edib.
Qeyd edək ki, məlumatlara görə, sülhməramlılar Qazaxıstanda mühafizə etdikləri obyektləri yerli təhlükəsizlik qüvvələrinə təhvil verib.