Nazarbayevin qızının köməkçisi onun yerini açıqladı
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin böyük qızı, Milli Məclisin (parlamentin aşağı palatası) deputatı Dariqa Nazarbayeva hələ də maaşsız məzuniyyətdədir. Onun harada olduğunu köməkçisi Janna Ermekova açıqlayıb.
Telexeber.az xəbər verir ki, onun sözlərinə görə, Dariqa Nazarbayeva Nur-Sultandadır və koronavirus infeksiyasından sonra reabilitasiya kursunu davam etdirir. Qazaxıstanda kütləvi etirazların başlaması ilə deputat Dariqa Nazarbayeva yoxa çıxıb və parlamentin iclaslarına gəlməyi dayandırmışdı. Onun atası və ailəsi ilə birlikdə xaricə getdiyi güman edilirdi. Yanvarın 12-də onun köməkçisi Nazarbayevanın Alma-Atadakı evində COVID-19-dan müalicə aldığını bildirib. Bir neçə gün sonra Ermekova bildirib ki, keçmiş prezidentin qızı koronavirusa yoluxduqdan sonra reabilitasiyadan keçdiyi üçün yanvarın sonuna qədər ödənişsiz məzuniyyətə çıxıb. Qeyd edək ki, yanvarın 28-də Dariqa Nazarbayeva hakim Nur Otan Partiyasının siyasi şurasından xaric edilib.