Dənizdə gərginlik: Yunanlar Türkiyə qayığına atəş açdı - Yaralı var
Facebook
Вконтакте
Одноклассники
Google+

Egey dənizində Yunanıstan qüvvələri 2 türk balıqçı qayığına atəş açıb.
Telexeber.az xəbər verir ki, hadisə zamanı 1 nəfər yaralanıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin məlumatına görə, hadisə Xios və Qaraburun adaları arasında baş verib. Balıqçıların kömək çağırışından sonra dərhal əraziyə Türkiyənin Sahil Mühafizə Xidmətinin 2 qayığı cəlb edilib.Lakin türklər gələnə qədər yunanlar aradan çıxıb. Hadisə ilə bağlı araşdırma aparılır.