ŞOK İDDİA: ABŞ Zelenskiyə Kiyevdən çıxmağı tövsiyə edib
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə prezident Vladimir Zelenskiyə Lvov şəhərinə təxliyə olmağı təklif edib.
Telexeber.az xəbər verir ki, bu barədə “NBC News” televiziyası ABŞ hökumətindəki iki mənbəyə istinadən belə məlumat yayıb. İddialara görə, Vaşinqton tərəfi Zelenski ilə bu məsələni müzakirə edib. Polşa sərhədindən 80 kilometr məsafədə yerləşən Lvov şəhərinin mümkün hücum zamanı daha təhlükəsiz ola biləcəyi vurğulanıb. Xəbərdə həmçinin bildirilir ki, Zelenskinin sözçüsü iddiaları təkzib edib.
Qeyd edək ki, Zelenskinin Kiyevdən köçəcəyi barədə iddialar hələ iki həftə əvvəl gündəmə gəlmişdi. Zelenski ailəsi ilə birgə foto paylaşaraq iddiaları rədd etmişdi.