Rusiya Bayden və Blinkenə sanksiya tətbiq etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya ABŞ prezidenti Co Baydenə qarşı fərdi sanksiyalar tətbiq edib.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiyanın yüksək vəzifəli məmurlarının ABŞ-a girişini qadağan edən bir sıra sanksiyalara cavab olaraq, prezident Co Bayden, dövlət katibi Entoni Blinken və müdafiə naziri L.Ostin martın 15-dən etibarən Rusiyanın “stop siyahısı”na daxil edilib. Eyni zamanda Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli, o cümlədən bir sıra departament rəhbərləri və Amerikanın tanınmış simalarına da məhdudiyyətlər qoyulur”, - deyə məlumatda bildirilir.