Rusiya bu silahdan ilk dəfə istifadə etdi - HƏDƏF YERLƏ-YEKSAN OLUNDU
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya bu gün səhər saatlarında İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv edib.
Telexeber.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov anbarın hansı silahla vurulduğunu açıqlayıb. O bildirib ki, anbara "Kinjal” hipersəs raketi ilə zərbə endirilib.
Maksimum uçuş məsafəsi 2000 kilometr olduğu bilinən raket çəkisi 480 kiloqram olan nüvə/ənənəvi döyüş başlığı daşıya bilir. Raket “Tu-22M3” bombardmançı təyyarələri və MiQ-31K qırıcıları tərəfindən daşına bilər.
Hipersəs raketlər atmosferin yuxarı hissəsində səs sürətindən beş dəfə çox və ya saatda təxminən 6200 km sürətlə hərəkət edirlər.