Rusiya ordusundan dəhşətli qətliam: 300 nəfərin olduğu bina vuruldu
Facebook
Вконтакте
Одноклассники
Google+
Martın 16-da Rusiya ordusunun Mariupol şəhərindəki teatr binasını bombalaması nəticəsində 300 insanın həlak olduğu güman edilir.
Telexeber.az xəbər verir ki, bu barədə Bələdiyyə Məclisindən açıqlama verilib. Bildirilib ki, binadan sığınacaq kimi istifadə edilirdi. Rusiyanın hücumlarından sonra 300-800 arası sakin binaya yerləşib.
Açıqlamada bildirilir ki, hadisə zamanı binada çox sayda insanın olduğunu şahidlər də təsdiq edir.
Ukrayna tərəfi binanın bilərəkdən vurulduğunu iddia edir.