Bu sizin son çırpınışlarınızdır: Sona qədər gedəcəyik - Ərdoğan
Facebook
Вконтакте
Одноклассники
Google+

“Bu terrorçuların son çırpınışlarıdır. Terrorçular Qəndildən gələn dağıdın, xarabalığa çevirin təlimatını yerinə yetirməyə çalışırlar”.
Telexeber.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı hərbi əməliyyatlardan danışarkən belə açıqlama verib. O bildirib ki, “Pəncə-Kilit” əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 45-ə çatıb. Türkiyə ordusu 3 şəhid verib. Ərdoğanın sözlərinə görə, terrorçular tamamilə məhv edilənə qədər hərəkat davam edəcək.