Rusiya 3 gün vaxt verdi: Ordu hərbi əməliyyatları dayandırır

Rusiya 3 gün vaxt verdi: Ordu hərbi əməliyyatları dayandırırRusiya Mariupoldakı “Azovstal” zavoduna sığınan mülki insanların təxliyə ola bilməsi üçün humanitar dəhliz yaradıb.

Telexeber.az xəbər verir ki, bu barədə Rusiya ordusundan məlumat verilib. Bildirilir ki, humanitar dəhliz 3 gün açıq qalacaq. Humanitar dəhlizdən sadəcə mülki vətəndaşların çıxışına icazə veriləcək. Rusiya bu istiqamətdə hərbi fəaliyyətin tamamilə dayandırılacağı barədə vəd verib. Həmçinin, sakinlərin istədiyi yerə çatması üçün şərait yaradılacaq. Sakinlər Rusiya və ya Ukrayna ordusunun nəzarətindəki bölgələrə getmək üçün seçim edə bilərlər.
Популярный ролик