Ruslarla əməkdaşlıqdan imtina edən ukraynalı mer İNTİHAR ETDİ
Facebook
Вконтакте
Одноклассники
Google+

Zaporojye vilayətinin Tokmak şəhərinin meri İqor Kotelevski 57 yaşında vəfat edib.
Telexeber.az xəbər verir ki, bu barədə u24.ua məlumat yayıb.
Bildirilib ki, qeyri-rəsmi məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun “intihar” versiyasını nəzərdən keçirirlər.
Qeyd edək ki, aprelin ortalarında şəhər işğal olunduqdan sonra Kotelevski vəzifəsindən istefa verib. O, yeni “avtoritet”lə əməkdaşlıqdan imtina etsə də, şəhərdə qalmışdı.