Nazir iş otağında dostu tərəfindən güllələndi
Facebook
Вконтакте
Одноклассники
Google+

Dominikan Respublikasının ekologiya və təbii sərvətlər naziri Orlando Jorje Mera hücuma məruz qalıb.
Telexeber.az BBC-yə istinadən xəbər verir ki, nazir iş yerində dostu Migel Kruz tərəfindən güllələnib. Məlumata görə, binada 7 dəfə silah səsi eşidilib. Nazir həyatını itirib. Hadisəni törədən şəxs nəzarətə götürülüb. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Mera iki ildir nazir vəzifəsini icra edirdi.